Almaniya müxalifəti hərbi xidmət yaşındakı ukraynalıları göndərmək istəyir
Almaniya müxalifəti hərbi xidmət yaşında olan ukraynalıları ölkələrinə göndərmək istəyir. SİA xəbər verir ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri hərbi xidmət yaşında olan 650 min ukraynalı kişi Aİ-yə sığınıb. Almaniyanın əsas müxalifət partiyası əsgərlik çağındakı CDU 220 min ukraynalının ölkələrinə göndərilməsini tələb edib.
Almaniyanın əsas müxalifət partiyası olan CDU-nun deputatı Roderich Kiesewetter ölkədə hərbi yaşda olan ukraynalıların ölkələrinə geri göndərilməsini təklif edib. Kiesewetter bildirib ki, 220 min hərbi yaşlı ukraynalı kişidən bəziləri Almaniya dövlətinin köməyi ilə sağ qalıb. Müharibə başlayandan bəri ilk 19 ayda Almaniya Ukraynaya ümumilikdə 24 milyard avro yardım edib ki, bunun da 15 milyard avrosu qaçqınlara xəeclənib.
Alman mətbuatında yer alan xəbərə görə, hərbi xidmət edə bilən ukraynalılara dövlət yardımı verilməsə, üç milyard avroya qənaət ediləcək.
Kansler Olaf Şolzun partiyasından olan SPD-nin müavini Lars Castelucci deyib ki, bu təklif başa düşüləndir, lakin heç kim silahdan istifadə etməyə məcbur edilə bilməz. "Bizim səlahiyyətlilərin burada hərəkətə keçməsinə ehtiyac yoxdur".
Qeyd edək ki, Ukrayna 450 mindən 500 minə qədər insanı səfərbər edərək ordusunu genişləndirmək istəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB