Fransada 10 bölgə üçün daşqın xəbərdarlığı edilib

Fransada 10 bölgə üçün daşqın xəbərdarlığı edilib

Fransada sahil zolağında yerləşən 10 bölgə üçün güclü yağış və daşqın xəbərdarlığı edilib. SİA xəbər verir ki, Fransanın Meteo France meteoroloji xidmətinin məlumatına görə, ölkənin sahilyanı Manş, Loire Atlantique, Vendee, Morbihan, Finistere, Nord və Pas-de-Kalais bölgələrində və daxili Orne, Mayenne və Sarthe bölgələrində davamlı yağıntılar sel və daşqınlara səbəb ola bilər.

Daşqın riski olan bu bölgələrdə həyat təhlükəsizliyi üçün “narıncı xəbərdarlıq” elan edilib. Bölgə sakinlərindən dərə, göl kimi su mənbələrindən uzaq durmaları xahiş olunub.

Qeyd edək ki, daşqından zərər çəkmiş bölgələrdə bir çox şəhərlər su altında qalıb, məktəblərdə təhsil dayandırılıb.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə