İstanbulda casusluq əməliyyatı: 33 nəfər həbs edilib

İstanbulda casusluq əməliyyatı: 33 nəfər həbs edilib

İsrail Kəşfiyyat Xidməti üçün Türkiyədə əcnəbi vətəndaşlara qarşı casusluq fəaliyyəti ilə məşğul olduğu güman edilən 33 nəfər İstanbul mərkəzli 8 vilayətdə həyata keçirilən əməliyyatda yaxalanıb. SİA xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində İsrail Kəşfiyyat Xidmətinin Türkiyədə yaşayan xarici vətəndaşlara qarşı kəşfiyyat, təqib, hücum və qaçırma məqsədləri olduğu müəyyən edilib.

Beynəlxalq casusluq fəaliyyəti ilə məşğul olmaqda şübhəli bilinən 46 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Əməliyyatlar mərkəzi İstanbul olan 8 vilayətdə 57 ünvanda aparılıb. Əməliyyatlar zamanı 33 şübhəli yaxalanıb. Digər şübhəlilərin axtarışı istiqamətində işlər davam etdirilir.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə