Yunanıstan F-35-lər üçün ABŞ-dən cavab gözləyir

Yunanıstan F-35-lər üçün ABŞ-dən cavab gözləyir

Afinanın F-35-lərlə bağlı Vaşinqtona təzyiq etdiyi bildirilib. SİA xəbər verir ki, satınalma İsveçin NATO-ya daxil olması ilə bağlı mübahisədən ayrılmağa yönəlib.

Afina administrasiyası ABŞ-ın F-35 döyüş təyyarələrinin tədarükünə cavab verəcəyini gözlədiyini bildirib. Yunanıstanın baş naziri Kiryakos Mitsotakis F-35 hava donanması yaratmaq istədiklərini, bu tələbin 2022-ci ildə rəsmi olaraq ABŞ-a çatdırıldığını bildirib.

“F-35-ləri gözləyirik, tələsmirik” başlıqlı xəbərdə Afinanın Ankara-Vaşinqton xəttində baş verənləri və bu ilin noyabrında ABŞ-də keçiriləcək prezident seçkilərini izlədiyi bildirilib.

Qeyd edilib ki, Türkiyə ilə ABŞ arasındakı çətinliklər Yunanıstan-Türkiyə münasibətlərinə həmişə təsir göstərə bilər.

Vaşinqtonun Ankara ilə hazırkı fikir ayrılığının F-16 və İsveçin NATO üzvlüyündən qaynaqlandığını xatırladaraq bildirilib: "Amerika hökumətinin məntiqinə görə, Türkiyəni Yunanıstanın hava gücü sahəsində texnoloji addımlarının arxasında saxlamaq iki ölkə arasında olan uçurumun digər silahlanma sistemlərində genişlənməsinin qarşısının alınmasına xidmət edir. Yekun qərarlar Afinanın maliyyə imkanlarından və əsasən noyabrda keçiriləcək seçkilərdən asılı olacaq".

Yunanıstanın baş naziri Mitsotakis 2027-2028-ci illərdə F-35-lərin alınmasına başlanacağını gözlədiklərini bildirib.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə