"X"in cari dəyəri məlum olub

44 milyard dollara satılan "Twitter"in hazırkı dəyəri açıqlanıb. SİA xəbər verir ki, 2022-ci ildə İlon Mask "Twitter" sosial media platformasını 44 milyard dollara alıb və platformaya bəzi yeniliklər təqdim edib. Dünyanın ən məşhur sosial media şirkətlərindən olan "Twitter" daha sonra adını "X" olaraq dəyişərək yeni səhifə açmışdı.

Bildirilib ki, "Twitter" və ya hazırda istifadə edilən adı ilə "X" maliyyə baxımından çətin dövrlərdən keçir. İlon Maskın rəhbərliyi altında olan platforma, xüsusilə reklam verənlərin geri çəkilməsi səbəbindən gəlir itkiləri yaşayır.

Araşdırmanın nəticələrinə görə, "Twitter"in (X) hazırda 13 milyard dollara yaxın borcu var. Şirkətin bazar dəyəri hətta bu borcdan da aşağıdır. Şirkətin bazar dəyəri 12.76 milyard dollar olaraq dəyərləndirilir.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə