Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib - ölən və yaralananlar var
Türkiyənin Malatya ilində "Medine Turizm" şirkətinə məxsus avtobusun aşması nəticəsində qəza baş verib. SİA xəbər verir ki, qəzada 3 nəfər ölüb, 29 nəfər yaralanıb. Yaralılar təcili yardımla şəhərin müxtəlif xəstəxanalarına aparılıb.
Bildirilib ki, Akçadağ Dəvəli səmtində İstanbuldan Malatyaya hərəkət edən və sürücüsünün adı məlum olmayan “Medine Turizm”ə məxsus 44 AK 041 nömrə nişanlı sərnişin avtobusu aşıb. Eyni istiqamətdə hərəkət edən və nömrəsi məlum olmayan yük maşını aşan avtobusa çırpılıb.
Müəllif: Rəşid Qarayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB