Cənubi Koreya müxalifət liderinə qarşı sui-qəsd cəhdi baş tutub - FOTO

Cənubi Koreya müxalifət liderinə qarşı sui-qəsd cəhdi baş tutub - FOTO

Cənubi Koreyada əsas müxalifət lideri bıçaqlı hücuma məruz qalıb. SİA xəbər verir ki, Cənubi Koreyada Demokratik Partiyasının lideri Li Jae-Myonq Pusanda tikinti sahəsinə baş çəkərkən bıçaqlı hücuma məruz qalıb. Hücum edən şəxs həbs edilib, Li xəstəxanaya çatdırılıb. Ölkə prezidenti hadisənin araşdırılmasına dair göstəriş verib.

Qeyd edilib ki, hadisə Cənubi Koreyanın əsas müxalifətçi Demokratik Partiyasının lideri Li Jae-Myonq Busanda tikinti sahəsinə baş çəkərkən baş verib. Hücum anı anbaan kameralara düşüb.

Hücumdan sonra huşunu itirən və boynunda qanaxma olan Li müalicə üçün xəstəxanaya aparılıb. Prezident Administrasiyasının sözçüsü Kim Soo-Kyung bildirib ki, prezident Yoon Suk Yeol Li-nin hadisədən sonra xəstəxanaya yerləşdirilməsi və mümkün qədər tez müalicə olunması, hücumun araşdırılması və faktların müəyyən edilməsi üçün göstərişlər verib. Kim, Yoonun belə bir hücumun heç bir şərtlə qəbul edilə bilməyəcəyini vurğuladığını ifadə edib.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə