Dünən Yaponiyanın şimal-şərqində 7,4 bal gücündə zəlzələ baş verib. Zəlzələdən sonra bölgədə sunami xəbərdarlığı edilsə də, sonradan bu xəbərdarlıq ləğv edilib. SİA xəbər verir ki, zəlzələdən zərər çəkən İşikava prefekturasında və Noto yarımadasında 24 nəfər həyatını itirib.
Açıqlamada həmçinin gecə ərzində bölgədə 4-5 bal gücündə zəlzələlərin baş verdiyi də qeyd edilib. Bildirilib ki, zəlzələlərdən sonra magistral yollar dağılıb, Noto yarımadasındakı Vacima şəhərində baş verən yanğında yaxınlıqdakı 200-ə yaxın binaya ziyan dəyib.
Qubernatorluğun müraciətinə uyğun olaraq, axtarış-xilasetmə işləri üçün Yaponiya Özünümüdafiə Qüvvələrinin 1000 nəfərlik şəxsi heyəti bölgəyə göndərilib.
Yaponiya Nüvə Tənzimləmə Təşkilatının məlumatına görə, zəlzələnin episentrinə yaxın olan Niiqata və Fukui prefekturalarında yerləşən atom elektrik stansiyalarında heç bir anomaliya aşkar edilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB