Niderland polisi Yeni il gecəsi ölkədə iğtişaşlar zamanı 200-dən çox adamı həbs edib. Bu barədə SİA “Reuters”ə istinadən xəbər verir.
Qeyd olunub ki, ölkənin bir neçə şəhərində iğtişaşlar zamanı polis atəşfəşanlıq və daşla hücuma məruz qalıb. Onlarla hüquq-mühafizə orqanlarının əməkdaşı yaralanıb.
Rotterdam polisi 100-dən çox avtomobilin yandırıldığını, Amsterdam, Haaqa və digər şəhərlərdə isə zorakı izdihamı dağıtmaq üçün çevik polisə ehtiyac olduğu bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB