İlon Mask cari ilin əvvəlkilərdən daha pis olacağını söyləyib

İlon Mask cari ilin əvvəlkilərdən daha pis olacağını söyləyib

Amerikalı multimilyarder İlon Mask cari ilin əvvəlkilərdən daha pis olacağını söyləyib. SİA xəbər verir ki, bu barədə Mask sahib olduğu X sosial şəbəkəsindəki səhifəsində yazıb.

Mask, sosial şəbəkə istifadəçisinin “dörd illik dəlilikdən” sonra hansı ili səbirsizliklə gözləyə biləcəyimizlə bağlı sualına belə cavab verib: “Mənim proqnozum: 2024-cü il daha dəlisov olacaq”.

“Bloomberg”in məlumatına görə, Mask 2023-cü ildə 95,4 milyard dollar qazanıb və dünyanın ən zəngin 500 adamı siyahısına başçılıq edir. Buna onun şirkətləri SpaceX və Tesla-nın uğurları kömək edib.

Bütün xəbərlər Facebook səhifəmizdə