Ənsar Allah hərəkatı (husilər) tərəfdarlarının hərbi qayıqları Qırmızı dənizdə Amerikaya məxsus hərbi gəmiyə hücum edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Şəfəq” nəşri yazır.
Nəşrin məlumatına görə, qayıqlarla gəmi arasında gərgin atışma gedib.
Hücumun nəticələri barədə hələlik məlumat yoxdur, gəminin adı da bildirilmir.
Bundan əvvəl husilərin Danimarkanın Maersk gəmiçilik şirkətinə məxsus “Hangzhou” konteyner gəmisinə hücum etdiyi bildirilirdi.
ABŞ hərbi helikopterləri gəmiyə kömək etmək üçün havaya qaldırılıb,
Silahlıların atəşinə cavab olaraq onlar atəş açıb və dörd qayıqdan üçünü batıb.
Bundan əlavə, Amerikanın "Grevely" esminesi Qırmızı dənizdə iki gəmi əleyhinə ballistik raketi vurub.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB