Vladimir Zelenski sosial şəbəkələrdə Kanadanın baş naziri Castin Trüdo ilə danışıqlar apardığını bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS yazır.
Ukrayna lideri qeyd edib ki, o, kanadalı həmkarına onlar üçün əlavə NASAMS hava hücumundan müdafiə sistemləri və mərmilərin tədarükünə görə təşəkkür edib.
Zelenski bildirib ki, o, Trüdo ilə Ukrayna üçün təhlükəsizlik təminatları üzrə danışıqların intensivləşdirilməsini də müzakirə edib.
O əlavə edib ki, yaxın vaxtlarda tərəflər müvafiq razılaşma üçün ikitərəfli dialoqu aktivləşdirəcəklər.
Söhbət zamanı siyasətçi, “sülh formulu”nun həyata keçirilməsi ilə bağlı görüşə hazırlığa başlamaq məsələsini qaldırıldığını da bildirib. O qeyd edib ki, tədbirin 2024-cü il yanvarın ortalarında İsveçrənin Davos şəhərində baş tutacağı gözlənilir.
Xatırladaq ki, Kanada hakimiyyəti 2023-cü ilin yanvarında Kiyevə Norveçin NASAMS hava hücumundan müdafiə sistemini tədarük etmək niyyətində olduqlarını açıqlamışdı.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB