Yeni il ərəfəsində Rusiyanın yeddi regionunda - Saratovdan Novosibirskədək - Vladimir Putinin müraciəti əvəzinə ruslar ukraynalı vətənpərvər hakerlərin səhnələşdirdiyi versiyaya qulaq asıblar.
SİA-nın əldə etdiyi məlumata görə, Kreml rəhbəri Ukraynaya qarşı müharibədə böyük itkilər, hərbi əməliyyatların nəhəng xərcləri, miqrasiya siyasəti və s. barədə danışıb.
...Hər gün minlərlə əsgər qələbə qurbangahında canını verir, dinc sakinlər ölür, dinc şəhərlər yer üzündən silinir. Amma biz bütün çətinliklərin öhdəsindən gəlirik. 2023-cü ildə Rusiya büdcəsindən yalnız “DXR” və “LPR” iqtisadiyyatını bərpa etmək üçün 2 trilyon rubldan çox vəsait ayrılıb. Gələn il biz bu rəqəmi iki dəfə artıracağıq... Rusiyanın tərkibini artırmaq lazımdır. Ordunu 2 milyon nəfərə çatdırmaq və əlavə səfərbərliyi haqlı və zəruri tədbir hesab edirəm.
...Komandanlığın strateji səhvləri, hazırlıqsız qoşunlar və ölkənin ali siyasi rəhbərliyinin dezinformasiyası 2023-cü ildə böyük şəxsi heyətin itkisinə səbəb olub.
Putin bildirib bunu.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB