...Bazar ertəsi, yanvarın 1-də Yaponiyada silsilə zəlzələ baş verib. 4 nəfər ölüb. Bundan əlavə, ölkənin şimal-qərbindəki İşikava prefekturasının Vacima şəhərində 6 nəfər dağılmış evlərin dağıntıları altında qalıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Kyodo” yazır.
Portalın məlumatına görə, irimiqyaslı yanğın Vacimanın əsasən taxta evlərdən tikilmiş bir hissəsini bürüyüb. Şəhərdə onlarla ev də uçub.
Ümumilikdə, İşikavada 32,5 minə yaxın bina elektrik enerjisindən məhrum olub. 9 prefektura zərər çəkib.
RBC xəbər verir ki, fövqəladə hallar xidmətinin mütəxəssisləri onlardan 97 min nəfəri təxliyə edib. Təbii fəlakət hava nəqliyyatının da dağılmasına səbəb olub.
“Nippon Airways” və “Japan Airlines”, 2 mindən çox sərnişinə təsir edən mərkəzi Yaponiyadakı hava limanlarında bütün uçuşları ləğv etmək məcburiyyətində qaldı.
Xatırladaq ki, ölkənin şimal-qərbində yerli vaxtla saat 16:10 radələrində 7,6 bal gücündə zəlzələ baş verib. Sonra daha zəif maqnitudalı silsilələr baş verib.
Bunun ardınca şimal-qərb sahilində sunami baş verib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB