Qərb dövlətlərinin himayə etdiyi Ukrayna NATO-ya üzv ölkələrə qarşı NATO-nun təchiz etdiyi silahları yerləşdirə bilər.
SİA-nın əldə etdiyi məlumata görə bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Nazirliyin fikrincə, Qərb ölkələri anlamalıdır ki, “Qərblilərin Rusiyaya hücum etmək üçün dəstəklədikləri, onların yetişdirdiyi və himayə etdiyi cinayətkar rejim bir gün NATO silahlarını NATO ölkələrinin özlərinə qarşı çevirəcək”.
Qeyd edək ki, bundan əvvəl İrlandiyalı deputat Mik Uolles təklif etmişdi ki, Amerika hakimiyyətinin onu dayandırmaq istəməməsi səbəbindən Ukrayna münaqişəsi davam edir. O qeyd edib ki, Avropa nə Ukraynada, nə də Qəzza zolağında atəşkəs istəmir, çünki ABŞ imperiyası bunu istəmir.
Fransanın “Le Figaro” qəzeti hesab edir ki, Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı mövqeyini qoruyub saxlamaq və yenidən hücuma keçmək imkanı var.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB