Fransada Yeni il ərəfəsində 745 avtomobil yandırılıb. SİA-nın verdiyi xəbərə görə, bu barədə Fransanın daxili işlər naziri Cerald Darmanin X sosial şəbəkəsində məlumat verib.
"Keçən illə müqayisədə 10% daha az avtomobil yandırılıb" deyə Darmanen bildirib: "Müxtəlif hadisələr zamanı saxlanılanların sayı 380 nəfəri keçib ki, bu da 2023-cü ilin göstəricisindən 10% azdır. Bu Yeni il gecəsi ümumilikdə 2022-ci ilə nisbətən daha sakit keçib. İğtişaşların yatırılması zamanı 40-a yaxın hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb. Polislərin əksəriyyəti atəşfəşanlıq nəticəsində yüngül xəsarətlər alıb".
Dekabrın əvvəlində Fransa Daxili İşlər Nazirliyi Parisdə də analoji hücumları üzə çıxarmışdı. Darmanenin sözlərinə görə, yaralılardan ikisi turistdir. O qeyd edib ki, hücum edən şəxs 1997-ci il təvəllüdlü Fransa vətəndaşıdır. Kişi psixi pozğunluqlardan əziyyət çəkir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB