Antalya Yeni il rekordu qırdı

Türkiyənin Antalya şəhəri günlük turist qəbuluna görə 23-30 dekabr tarixlərində rekord qırdı. SİA xarici mətbuata istinadən xəbər verir ki, dənizi, qumu, günəşi qədər tarixi və təbii gözəllikləri, mədəniyyət mərkəzləri, qədim kəndləri ilə ən önəmli turist mərkəzlərindən olan Antalya şəhərinə ilin son həftəsində havayolu ilə 121 min 139 turist gəlib.

Antalya Mədəniyyət və Turizm Müdirliyinin hesablamalarına görə 30 dekabr günlük giriş 20 min 20 , 29 dekabr isə 17 min 322 oldu. 2022 və 2019 tarixlərinə görə 2023-cü ildə Antalya il sonunun ən yaxşı günlük girişini edən şəhər olaraq qeydiyyata düşdü.

Hava və dəniz suyunun istiliyi 21 dərəcə ölçüldü. Qış vaxtı xidmət göstərən məkanlarda 230 min yataq tutumunun 90%-i doldu. Yeni il bayramı ərəfəsində şəhərin 52 nöqtəsində tıxaca, 305 nöqtədə isə ictimai asayişin qorunmasına diqqət göstərildi. Bu müddətdə 1000-ə yaxın komanda, 5 minə yaxın da işçinin iş başında olacağı gözlənilir.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə