Sinop şəhərində yanğın baş verib

Sinop şəhərində yanğın baş verib

Türkiyənin səhər saatlarında Sinop şəhərindən kədərli yanğın xəbəri gəldi. SİA xarici mətbuata istinadən xəbər verir ki, yanğında beş ev zərər gördü, iki nəfər həyatını itirdi.

Dağtabaklı kəndində Reşit Sevimoğluna aid evdə hələ də bilinməyən səbəblə yanğın çıxıb. AFAD, Boyabat və Saraydüzü Bələdiyyəsinin yanğınsöndürən dəstələri hadisə yerinə sövq edilib. Küləyin də təsirilə daha da alovlanan yanğın 4 saat sonra söndürüldü. Yanğında zərər görən evlərdə axtarış edən dəstələr Rəşid və Münəvvər Sevimoğlunun cəsədlərinə çatıblar. Cəsədlər yoxlamadan sonra Boyabat 75. İl Xəstəxanası morquna aparılıb.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə