Qəzza yeni ilə fişənglərlə yox, bombalarla daxil oldu

Qəzza yeni ilə fişənglərlə yox, bombalarla daxil oldu

Dünya yeni ili şənliklə qeyd edərkən İsrail Qəzzanın bir çox yerinə havadan və torpaqdan hücum etdi, qaçqın düşərgələrini vurdu. SİA xarici mətbuata istinadən xəbər verir ki, uşaqlar da daxil olmaqla çox sayda qəzzalı həyatını itirib.

Bütün dünyada yeni il axşamında göyüzü atəşfəşanlıqla işıqlanarkən Qəzzada bomba səsləri eşidildi. Qəzza zolağının Ən-Nusayrat qaçqın düşərgəsi və Əbu Davud məscidinin ətrafına istiqamətlənən bombardmanında ölən və yaralananlar olub. Daha sonra Qəzza zolağının şimalındakı Cibaliya qaçqın düşərgəsinə və Ət-Tuffah məhəlləsinə edilən hücumlarda içində uşaqlar da olmaqla çox sayda fələstinli həyatını itirdi və yaralandı.

Sosial mediada fələstinli kiçik qız Qəzzadan dünyaya səslənib: "Yeni iliniz mübarək olsun. Bütün dünya yeni ili qeyd edir. Biz yeni ili ölümlər, yaralanmalar və bombalarla qeyd edirik". Kiçik qız bu sözləri ilə Qəzzanın Xan Yunus bölgəsində vəziyyətin pis olduğunu bildirib.

Kiçik qız evlərinə yaxın bir evin bir az əvvəl bombalandığını deyərək yeni ildə müharibənin ən tez vaxtda bitməsini arzu edib.

Bütün xəbərlər Facebook səhifəmizdə