Putin Yeni il təbrikində niyə Ukraynanı xatırlamadı..?

Putin Yeni il təbrikində niyə Ukraynanı xatırlamadı..?

Kreml rəhbəri Vladimir Putin ruslara illik Yeni il müraciətində Ukrayna və müharibədən bəhs etməyib.

Və əvəzində ideologiyaya böyük önəm verib. Halbuki, keçən il Ukraynadakı müharibə ilə bağlı fərqli danışmışdı...

SİA-nın əldə etdiyi məlumata görə, Amerika Müharibənin Tədqiqi İnstitutunun analitikləri Putinin çıxışını təhlil etmək qərarına gəliblər.

Həqiqətən də, Kreml rəhbəri Yeni il çıxışında ordusunu xatırladı, ancaq “həqiqət və ədalətə” görə təşəkkür etdi.

Daha sonra isə daha çox “Rusiyanın milli birliyinə” diqqət yetirdi.

Qeyd edək ki, Rusiya lideri 2024-cü ili “ailə ili” elan edib. Putin vurğulayıb ki, istənilən ailə millətin dayağıdır.

2023-cü ilin son həftələrində Putin artıq Ukrayna və maksimalist planları haqqında çox danışıb, ona görə də Yeni il müraciətində bütün diqqətini Rusiya Federasiyasının daxili siyasətinə həsr etmək qərarına gəlib.

Putinin ailə və ideologiya ilə bağlı çıxışı Kremlin daxili siyasətini rusların adət-ənənələrinin və dəyərlərinin qorunmasına yönəldir. Bu ritorika Putinin təkcə Rusiya Federasiyasının özündə deyil, hüdudlarından kənarda da öz auditoriyasını axtaran “rus dünyası”nın ümumi ideologiyasına mükəmməl uyğun gəlir.

Analitiklər əmindirlər ki, Putin Rusiya Federasiyasının daxili və xarici siyasətinin əsası kimi “rus dünyası” konsepsiyasını götürüb.

Kremlin “Rus dünyası” baxışı, şübhəsiz ki, Rusiyanın işğal olunmuş Ukraynadakı inzibati, bürokratik və sosial-mədəni prioritetlərinə, eləcə də gələn il döyüş meydanındakı hərbi məqsədlərə təsir edəcək.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə