Hadisə İranın Elborz əyalətində baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, ölkənin fərqli bölgələrində 14 silahlı soyğun hadisəsinə qarışan 5 şəxsin edam cəzasının Kərəcə Mərkəzi Həbsxanasında olduğu bildirilib.
Həmin şəxslərin odlu və odsuz silahlardan istifadə etdikləri, 4-ü heyvan oğurluğu olmaqla 14 soyğun hadisəsində, ölkənin fərqli yerlərində tır və kamazların yolunu kəsib yüklərini oğurladıqları, biri əlil olmaqla 3 şəxsin qulağını kəsdikləri məlum olub.
Polis paltarında hərəkət edən şəxslərin "qrup halında silahlı soyğun, yolları təhlükəli hala gətirmək, xalq arasında qorxuya səbəb olmaq, xalqın malına zərər vermək" cinayətlərindən tutulduqları qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB