Makron Avropa Parlamenti seçkiləri ilə bağlı fransızlara müraciət edib
2024-cü ilin iyununda qarşıdan gələn Avropa Parlamentinə seçkilərdə fransızlar Ukraynaya davamlı dəstək barədə danışmağa məcbur olacaqlar.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Fransa prezidenti Emmanuel Makron Yeni il münasibətilə fransızlara müraciətində deyib.
...Gələn iyunda Avropa Parlamentinə seçkilər keçirildikdə fransalı seçicilər Avropanın suverenliyini gücləndirmək üçün öz səsini çıxarmalı olacaqlar
Makron deyib bunu.
Onun sözlərinə görə, fransızlar Rusiyanı dayandırmaq və Ukraynanı dəstəkləmək və ya avtoritar qüvvələrə təslim olmaq arasında seçim etməlidirlər.
Biz Avropanı daha da inkişaf etdirmək və ya onu əngəlləmək arasında seçim etməliyik.
Bunu da Makron deyib.
Qeyd edək ki, Avropa Parlamentinə seçkilər 2024-cü il iyunun 6-dan 9-dək keçiriləcək.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB