Bu gün xəbər lentləri ölən və ağır yaralanan insanlar, raket həyəcanı siqnalları, dağılmış qaz kəməri, atəşfəşanlığın ləğvi...ümumiyyətlə bayram mesajlarından uzaq bədbin xəbərlərlə doludur.
...Bu cür xəbərləri oxumaq hakimiyyətin illərdir Rusiya cəmiyyətini şişirtdiyi qələbə əhval-ruhiyyəsini yarada bilməz. Artıq yalan şarının havası şıxmaqdadır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu rusların etirafıdır.
Yəqin ki, 2022-ci il ərəfəsində ruslara desəydilər ki, iki ildən sonra belə Yeni ili qeyd edəcəklər, çoxları buna inanmazdı.
Maraqlıdır ki, bəzi ruslar hələ də baş verənlərin onlara yuxu kimi göründüyünü deyirlər.
Onlar hazırda Rusiya cəmiyyətində Putinin, Lavrovun, Patruşevin, Şoyqunun və başqalarının etdiklərinə xalq tərəfindən heç bir isti dəstək nümayiş olunmadığını da etiraf edirlər.
Dediklərinə görə, bu gün Rusiyadakı insanların çoxu gizlənirlər. Onlar iyrənc vaxtlardan necə sağ çıxmaqla, necə sağ qalmaqla məşğuldurlar.
O da maraqlıdır ki, artıq rəhbərlik də bunu başa düşür. Putinin aldadıcı Yeni il müraciətinə hərbi mühitdə gəlməməsi Kremlin Rusiyadakı əhval-ruhiyyəni necə qiymətləndirdiyindən xəbər verir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB