Sevastopol sakinləri Yeni il ərəfəsində açıq məkanlara çıxmaqdan çəkinməlidirlər, çünki Ukraynadan raket hücumları mümkündür.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə şəhərin qubernatoru Mixail Razvojayev Telegram kanalında bildirib.
...İkinci ildir ki, “sarı” təhlükə rejiminə görə bizdə kütləvi tədbirlər, şənliklər olmur. Amma bu gecə mən hamını lüzum olmadıqca açıq yerlərdə olmamağa çağırıram.
Qeyd edək ki, Razvojaev bunu Sevastopola hücum ehtimalının yüksək olduğunu vurğulayaraq yazıb.
Yeri gəlmişkən, dekabrın 31-i axşam Sevastopolda hava hücumu xəbərdarlığı elan edilib.
Bazar günü Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov bildirib ki, şəhər atəşdən sağ çıxan Belqorodla həmrəylik səbəbindən Saray meydanında keçiriləcək Yeni il konsertini ləğv edib.
Onu da qeyd edək ki, Voronej və Rusiyanın digər şəhərlərində də Belqorodun atəşə tutulmasından sonra bayram tədbirləri ləğv edilib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB