Böyük Britaniya husiləri bombalamaq niyyətindədir

Böyük Britaniya husiləri bombalamaq niyyətindədir

Britaniya Yəməndə husilərə qarşı bir sıra "ciddi" hücumlar həyata keçirməyə hazırlaşır.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə “Details” saytı Britaniya mətbuatına istinadən yazır. ...Times qəzetinin yazdığına görə, Britaniya ordusu ABŞ ordusu və başqa bir Avropa ölkəsinin ordusu ilə birlikdə husilərə qarşı əvvəlcədən seçilmiş hədəflərə bir sıra koordinasiyalı hücumlar planlaşdırıb.

Böyük Britaniya vurğulayır ki, bu, Qırmızı dənizin cənub hissəsində dəniz yollarında yaranan “xaosa” cavab olacaq. Britaniya Müdafiə Nazirliyinin sözçüsü hücumların Kral Hərbi Hava Qüvvələrinin qırıcıları və ya ərazidə fəaliyyət göstərən HMS Diamond döyüş gəmisi tərəfindən həyata keçiriləcəyinə hələ qərar verilmədiyini bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə