Rusiyanın müdafiə naziri Sergey Şoyqu vətəndaşları Yeni il münasibətilə təbrik edib. SİA-nın əldə etdiyi məlumata görə, müvafiq video şöbənin Telegram kanalında yayımlanıb.
Müdafiə Nazirliyinin rəhbəri müraciətində bildirib ki, Rusiya ordusu yenilməzliyini bir daha nümayiş etdirib.
...Ötən il Vətənimizin tarixinə Rusiya hərbçilərinin misilsiz şücaətlərinin yeni səhifələri ilə daxil olacaq. Ordumuz Qərbin bütün ümid və köməyinin əksinə olaraq yenilməzliyini bir daha göstərdi.
Şoyqu qeyd edib ki, rus hərbçilərinin cəsarəti sayəsində düşmənin bütün planları alt-üst olub. Şoyqu əsgərlərə döyüş meydanında göstərdikləri müqavimət və qəhrəmanlığa görə təşəkkür edib.
Müdafiə naziri Rusiyanın həlak olan hərbçilərini də qeyd edərək, onların hamısını “qəhrəman” adlandırıb. O, Rusiya hərbçilərinin ailələrinə yardımın hökumət üçün prioritet olaraq qalacağını bildirib.
O, döyüşçülərə yardım edən könüllülərə də təşəkkür edib. Və hər kəsə cansağlığı, ailə rifahı və tezliklə qələbə arzulayıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB