Danimarka kraliçası II Marqret yeni il televiziya çıxışında yanvarın ortalarında taxt-tacdan əl çəkəcəyini bəyan edib. Onun taxtdakı yerini vəliəhd şahzadə Frederik tutacaq.
SİA-nın əldə etdiyi məlumata görə, 83 yaşlı Marqret 1972-ci ildə taclanıb. Britaniya kraliçası Elizabetin ölümündən sonra Danimarka monarxının hakimiyyəti Avropada ən uzun sürən olub.
...Qərar verdim ki, indi doğru vaxtdır. 2024-cü il yanvarın 14-də - sevimli atamı əvəz edəndən 52 il sonra – ayrılacağam
Bunu deyən II Marqret danimarkalılara dəstəyə görə təşəkkür edib. O, oğlunun və həyat yoldaşının da eyni addımı atacağına ümid etdiyini bildirib.
Yeri gəlmişkən, Danimarkadakı monarxın real gücü yoxdur və onun daxili siyasətdə iştirak etməyəcəyi gözlənilir. Siyasi kursu seçilmiş parlament tərəfindən təyin olunan hökumət müəyyən edir. Hazırkı baş nazir Mette Frederiksen Marqretin hakimiyyətə gəlməsindən sonra 11-ci hökumət başçısıdır.
Onun 55 yaşlı varisi Frederik H adı ilə taxta çıxacaq. Anası kimi o, rəsmi olaraq taxtda alman Qlüksburq sülaləsini təmsil edəcək, baxmayaraq ki, ata tərəfdən o, Laborde de Monpezatın fransız qraf qoluna mənsubdur. .
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB