Dekabrın 31-də Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı Facebook sosial şəbəkəsində ukraynalıları qarşıdan gələn Yeni 2024-cü il münasibətilə təbrik edib. O, hərbçilərə müraciətində qeyd edib ki, ötüb keçən 2023-cü il ukraynalıların öz torpaqları və azadlıqları uğrunda mübarizəsinin “daha bir ən çətin ilidir”.
...Bu, Ukraynanın sağ qaldığı il idi. Sizin sayənizdə sağ qaldı - ukraynalı əsgər və matroslar, çavuşlar və zabitlər. Hər birinizə təşəkkürlər! Mən hərbçilərimizə Ukraynanın müdafiəsi üçün göstərdikləri səbat və fədakarlıq üçün təşəkkür edirəm. Vətən uğrunda döyüşlərdə həlak olmuş ukraynalı əsgərlərin qarşısında başımı əyirəm. Onlar bizim qəlbimizdə əbədidir.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı yazıb.
...Övladlarımızın azadlığı və gələcəyi uğrunda mübarizə davam edir. İnanıram ki, biz bütün sınaqlardan ləyaqətlə çıxacağıq və qələbəmizi addım-addım daha da yaxınlaşdıracağıq!
Bunu da Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı vurğulayıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB