“Fransa İsrailə qarşı təcili sanksiyalara başlamalıdır”

Fransada Yenilməyən Fransa (LFİ) partiyasının sədr müavini Tomas Portes (Thomas Portes) bildirib ...
“Fransa İsrailə qarşı təcili sanksiyalara başlamalıdır”
Fransada Yenilməyən Fransa (LFİ) partiyasının sədr müavini Tomas Portes (Thomas Portes) İsrail rəsmilərinin Qəzzada soyqırım törətdiyini bəyan edərək hökumətdən İsrailə qarşı sanksiyalar tətbiq etməsini istəyib.

SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Sosial media platformasında T.Portes yazıb: “Fələstinə nifrətə aludə olan bu ifrat sağçı fanatik (Netanyahu) başqa heç kimə zərər verə bilməyəcək hala salınmalıdır. Fransanın təcili İsrailə qarşı sanksiya prosedurlarına başlamalıdır. Bu insanlar (İsrail rəsmiləri) soyqırım törədirlər. Biz buna səssiz qala bilmərik".

Bütün xəbərlər Facebook səhifəmizdə