Avropa İttifaqının dövri sədri dəyişdi

Üzv dövlətlər arasında 6 aydan bir rotasiya edən Aİ Şurasına növbədənkənar sədrlik 2024-cü ilin 1 yanvarından 30 iyunadək Belçikada olacaq
Avropa İttifaqının dövri sədri dəyişdi

Avropa İttifaqının dövri sədrliyi 6 ay müddətinə Belçikaya keçəcək.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, üzv dövlətlər arasında 6 aydan bir rotasiya edən Avropa İttifaqı Şurasına növbədənkənar sədrlik 2024-cü ilin 1 yanvarından 30 iyunadək Belçikada olacaq.

İlk dəfə 1958-ci ilin 1 yanvar - 30 iyun tarixləri arası Avropa İttifaqı Şurasına sədrlik etmiş Belçika bu vəzifəni 13-cü dəfə yerinə yetirəcək.

Avropa İttifaqının də mərkəzi olan paytaxt Brüssel bu müddət ərzində hər zamankindən daha çox toplantıya ev sahibliyi edəcək.

Belçikanın qarşısında aprel ayında keçirilməsi planlaşdırılan Avropa Parlamenti Baş Assambleyası sessiyasına qədər 2021-2027-ci illər Avropa İttifaqı büdcəsi, Ukraynaya yardım, Miqrasiya və Sığınacaq Müqaviləsi kimi tamamlanmalı təxminən 150 qovluq var.

Bütün xəbərlər Facebook səhifəmizdə