Amerika helikopterləri Qırmızı dənizdə Husilərin qayıqlarını batırıb

Amerika helikopterləri Qırmızı dənizdə Husilərin qayıqlarını batırıb

ABŞ Hərbi Dəniz Qüvvələrinin helikopterləri Yəmənin Husi silahlı qruplaşmasının Qırmızı dənizdə konteyner gəmisini qaçırmağa cəhd etdikdən sonra onların gəmilərini məhv edib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Verilən xəbərə görə, dekabrın 31-də Yəmən vaxtı ilə saat 06:30-da dörd silahlı Husi qayığı Danimarka şirkəti tərəfindən idarə olunan Sinqapur bayrağı altında üzən “Maersk Hangzhou” konteyner gəmisinə 20 metr yaxın məsafədə yaxınlaşıblar.

Və bundan sonra silahlılar gəmini ələ keçirmək üçün gəmiyə minməyə cəhd ediblər. Gəminin ekipajı qəza siqnalı verib və təhlükəsizlik qrupu cavab atəşi açıb.

Amerikanın “Eisenhower” təyyarədaşıyan gəmisinin helikopterləri və yaxınlıqda yerləşən “Grevely” esminesi siqnala cavab verib.

Müraciətə cavab olaraq husilər qayıqlardan Amerika helikopterlərinə atəş açıblar. ABŞ Mərkəzi Komandanlığı "özünümüdafiə üçün atəşə cavab verdiyini" bildirib.

Dörd kiçik Husi gəmisindən üçünün batdığı və ekipajının öldürüldüyü söylənilir.

Dördüncü qayıq isə ərazini tərk edə bilib.

Və bu zaman husilərin nəzarətində olan ərazilərdən Amerika gəmilərinə iki gəmi əleyhinə raket atılıb. Raketlər “Grevely” esminesindən məhv edilib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə