Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, qərargahın yekun iclasında hərbçilər ona 2024-cü il üçün fəaliyyət planını təqdim ediblər. Bundan əlavə, Zelenski hərbi və xarici kəşfiyyat nümayəndələrinin hesabatlarını eşitdiyini bildirib. Onlar hərbi-siyasi gözləntilərə və dünyada baş verə biləcək hadisələrə toxunublar.
SİA-nın əldə etdiyi məlumata görə, Zelenski “...biz bu ilin hərbi yekunlarını yekunlaşdırdıq”-deyib.
...Döyüş əməliyyatlarının nəticələrini və qərarları təhlil etdik. Nəyi düzgün etdiyimizi və nəyi təkmilləşdirə biləcəyimizə də diqqət ayırdıq.
Bunu teleqramında yazan Zelenski, başqa təfərrüatları açıqlamayıb.
Bundan əlavə, Zelenski, qarşıdan gələn 2024-cü ildə Ukrayna hasilatı artırmağa hazırlaşdıqlarını da qeyd edib.
Gələn ilin bir çox qlobal qərarlar ili olacağını diqqətə çatdıran Ukrayna lideri, Kiyevin məqsədlərinə nail olmaq üçün onlara təsir edə biləcəyini də istisna etməyib.
...Biz, Ukrayna üçün ədalət uğrunda mübarizə aparacağıq və bizə bu yolda kömək edən, bizimlə olacaq bütün liderlərə minnətdarlığımı bildirirəm.
Bunu da Zelenski vurğulayıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB