Belqorodda kütləvi tədbirlər ləğv edilib

Belqorodda kütləvi tədbirlər ləğv edilib

Ukrayna Silahlı Qüvvələrinin Belqorod şəhərinin mərkəzini atəşə tutmasından sonra şəhər və onun ətrafında kütləvi tədbirlər ləğv edilib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov özünün Telegram kanalında yazıb.

Region rəhbərinin qeyd etdiyi kimi, 9 sərhəd bələdiyyəsində, həmçinin Belqorodun özündə və Yakovlevski şəhər rayonunda kütləvi tədbirlər ləğv edilib.

Bundan əlavə, şəhərə hücumdan sonra Belqoroddakı teatrlar tamaşaları ləğv ediblər.

Bu barədə RİA Novosti məlumat yayıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə