Rusların çoxlu sayda pilotsuz uçuş aparatları Kiyevə yaxınlaşır...
...Hücum edən pilotsuz təyyarələr dəstəsi Kiyevə doğru irəliləyir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Z əməliyyatı: Rusiya baharının hərbi müxbirləri” Telegram kanalı yazıb.
İddia olunur ki, dronlar Jitomir, Çerniqov və Sumı vilayətlərindən Ukrayna paytaxtına yaxınlaşır.
Nikolaev və Odessa vilayətlərinin sərhədində də pilotsuz təyyarələr aşkarlanıb.
Hava hücumları təhlükəsi barədə əhalini xəbərdar edən Ukrayna portalının məlumatlarından belə çıxır ki, ölkənin bütün şərq rayonlarında hava hücumu sirenləri səslənir.
Qeyd edək ki, ruslar dekabrın 30-da Ukrayna Silahlı Qüvvələrinin Belqorodun mərkəzinə raket zərbəsi endirdiyini bir daha xatırladırlar.
Onların yazdığına görə, hadisə nəticəsində 108 nəfər xəsarət alıb, daha 14 şəhər sakinini, o cümlədən üç uşaqı xilas etmək mümkün olmayıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB