Ukraynada döyüşən Belarus könüllü alayı belaruslara müraciət dərc edib

Ukraynada döyüşən Belarus könüllü alayı belaruslara müraciət dərc edib

Ukraynanı müdafiə edən Kalinovski adına Belarus könüllü alayı belaruslara yeni il müraciəti dərc edib. Döyüşçülər ölkə sakinlərinə göstərdikləri dəstəyə görə təşəkkür edib və “bayramımızı və qələbəmizi” hazırladıqlarını bəyan ediblər.

SİA-nın əldə etdiyi məlumata görə, onlar draniklər üçün qeyri-adi resepti olan videonu da yerləşdiriblər.

...Əziz belaruslular! Milad şam yeməyi, bütün böyük ailənin öz evində bayram süfrəsi arxasında toplaşdığı müqəddəs bir ənənədir.

Amma ardıcıl bir neçə ildir ki, belaruslar dünyanın müxtəlif yerlərində sürgündə, həbsxana və təcridxanaların dəmir barmaqlıqları arxasında, soyuq səngərlərdə düşmən atəşi altında Yeni ilə hazırlaşırlar...

“2023-də itkilər və məyusluqlar olmadan çətin idi. Ancaq hər birimiz üzərimizə düşəni etdik və indi qələbəyə bir il daha yaxınıq!

...Bu günlərdə minlərlə belarus əsgəri öz mövqelərində bayram süfrəsi hazırlayır: daha bir il öz evlərindən uzaqda. Ancaq ürəyimiz Belarusladır. Evə qayıtmaq niyyəti ilə. Və bu fədakarlıq, bu gündəlik çalışqan iş, bu bizim birlikdə getməli olduğumuz yoldur

Belarus könüllü alayının belaruslara ünvanladığı mətndə belə deyilir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə