Qladkov Belqoroddakı vəziyyət barədə Putin və Mişustinə məruzə edib
Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Ukrayna Silahlı Qüvvələrinin törətdiyi terror aktından sonra bölgədəki vəziyyət barədə danışıb.
...Mən şəhərdəki vəziyyətlə bağlı Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinə və Rusiya Federasiyası Hökumətinin sədri Mixail Vladimiroviç Mişustinə məruzə etdim.
SİA-nın əldə etdiyi məlumata görə, Qladkov bunu Teleqram kanalında yazıb.
O bildirib ki, bu yaxınlarda operativ qərargahın iclası başa çatıb. Burada təhlükəsizlik qüvvələrinin rəhbərləri zərbənin nəticələri və təhlükəsizliyin təmin edilməsi istiqamətində görülən tədbirlər barədə məlumat veriblər.
Qladkovun dediyinə görə, artıq dəymiş ziyanın qiymətləndirilməsi işlərinə başlanılıb. Belqorod administrasiyası bunu edir. Şəhərdə qapı-qapı araşdırma aparılır. Mənzili zədələnmiş vətəndaşlara müvəqqəti məskunlaşma mərkəzlərinə köçmələri təklif olunur. O da məlum olub ki, rayonda 100-dən çox avtomobil zədələnib, onların əksəriyyəti yanıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB