Priqojinin Sankt-Peterburqdakı ofisində xatirə lövhəsi peyda olub
“Vaqner “PMC-nin mərhum təsisçisi Yevgeni Priqojinin Sankt-Peterburqdakı ofisinin yerləşdiyi binada onun xatirə lövhəsi peyda olub.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Fontanka” nəşri yazıb.
...Rusiya Federasiyasının Qəhrəmanı, “Vaqner” PMC-nin rəhbəri Yevgeni Viktoroviç Priqojin 2003-cü ildən 2023-cü ilə qədər bu evdə işləyib.
Lövhədəki mətndə belə deyilir.
Deyilənlərə görə, xatirə lövhəsinin quraşdırılması şəhər rəhbərliyi tərəfindən razılaşdırılmayıb.
“Fontanka”nın qeyd etdiyi kimi, binanın sahibi olan Bar Service MMC əvvəllər Priqojinin xatirəsinə lövhənin qoyulması təklifi ilə şəhər mədəniyyət komitəsinə müraciət edib. Lakin hakimiyyət binanın mədəni irs obyekti olduğunu və icazənin Tarix və Mədəniyyət Abidələrinin Dövlət Nəzarəti, İstifadəsi və Mühafizəsi Komitəsi tərəfindən verilməli olduğunu əsas gətirərək bundan imtina edib.
Hazırda belə bir icazənin verildiyi barədə məlumat yoxdur.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB