Bu arada məhkəmə Yakutsk sakini Dmitri Ştyaqini rus ordusunu gözdən salmaqda təqsirli bilib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, ona inzibati cərimə kəsilib. Bu barədə şənbə günü Yakut Şəhər Məhkəməsinin materiallarına istinadən "Torboznoye Radio" teleqram kanalı məlumat yayıb.
İddialara görə, oktyabrın 25-də Yakutiyanın hərbi komissarı Aleksandr Avdoninin kabinetində Ştyagin Rusiyanın təcavüzkar olduğunu və Rusiya Federasiyasının silahlı qüvvələrinin Ukraynaya qanunsuz hücum etdiyini bildirib. Bununla yanaşı, Rusiyanı işğalçı dövlət adlandıran Ştyaqin, rus qoşunlarının dinc insanları öldürdüyünü də bildirib.
Bundan sonra Hərbi Komissarlığın əməkdaşları polisə müraciət ediblər. Çağırışçı ilə bağlı polis Rusiya ordusunu ictimaiyyətin gözü qarşısında gözdən saldığı üçün inzibati protokol tərtib etdi. Məhkəmədə Ştyaqin təqsirini boynuna almayıb.
Dekabrın 25-də Yakut Şəhər Məhkəməsi çağırışçını təqsirli bilib və ona “gənc yaşını nəzərə alaraq” aşağı hədd olan 15 min rubl cərimə kəsib.
...Çağırışçının neçə yaşı olduğu açıqlanmır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB