Rusların Müdafiə Nazirliyi bu cinayətin cəzasız qalmayacağını bildirib
Rusiya Müdafiə Nazirliyi Kiyevin Belqorodu iki “Vilxa” raketi (qadağan olunmuş kaset sursatları), həmçinin Çexiya istehsalı olan “Vampire MLRS” raketləri ilə vurduğunu bildirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, vurulan “Vilxa” raketlərindən bir neçə raket və çoxluq hissələri Belqorod şəhərinə düşüb. Son məlumatlara görə, 12 böyük və iki uşaq həlak olub, yüzdən çox insan yaralanıb.
Rusiya Müdafiə Nazirliyinin verdiyi məlumata görə, bu cinayəti törədən Kiyev rejimi diqqəti cəbhədəki məğlubiyyətlərdən yayındırmağa, eləcə də bizi oxşar hərəkətlərə sövq etməyə çalışır.
Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti Rusiya Silahlı Qüvvələrinin yalnız hərbi obyektlər və onlara birbaşa aidiyyəti olan infrastrukturlarda işlədiyini vurğulayıb. Biz bunu davam etdirəcəyik.
Rusların Müdafiə Nazirliyi bu cinayətin cəzasız qalmayacağını bildirib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB