ABŞ Dövlət Departamenti Konqresdən yan keçməklə İsrailə milyonlarla dollar dəyərində yeni silah partiyasının satışını təsdiqləyib.
Pentaqonun tərkib hissəsi olan Təhlükəsizlik Əməkdaşlıq Agentliyinin yaydığı bəyanatda dövlət katibi Antoni Blinken “fövqəladə vəziyyət”dən bəhs edib. Şərait İsrail hökumətinə təxminən 147,5 milyon dollar dəyərində hərbi texnikanın təcili satılmasını tələb edir.
Qeyd olunur ki, qərar amerikalı qanunvericilər tərəfindən əvvəlcədən təsdiq olunmağı nəzərdə tutmur.
SİA-nın əldə etdiyi məlumata görə, agentlik bu tədbirin ABŞ-ın milli maraqlarına uyğun olaraq həyata keçirildiyini vurğulayıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB