Ukrayna şəhərlərinin atəşə tutulmasının qisasını alır?

Belqorodda ölənlərin sayı artır...
Ukrayna şəhərlərinin atəşə tutulmasının qisasını alır?

Ukrayna Silahlı Qüvvələrinin Belqorodu atəşə tutması nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Diqqət, Xəbər” Telegram kanalı yayıb.

...İlkin məlumatlara görə, Belqorodun atəşə tutulması zamanı qurbanların sayı 40-a çatıb.

“112” Telegram kanalının məlumatına görə, 30 nəfər xəsarət alıb.

Dekabrın 30-da Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, Ukrayna hərbçiləri son 24 saat ərzində bölgəni 90 dəfədən çox atəşə tutub. Daha sonra o, Ukrayna Silahlı Qüvvələrinin Belqorodun mərkəzini atəşə tutması barədə məlumat verib.

RBC-Ukrayna Ukrayna xüsusi xidmət orqanlarındakı mənbəyə istinadən bildirib ki, Ukrayna təhlükəsizlik və müdafiə qüvvələri Belqoroddakı hərbi obyektlərə raket zərbəsi endirib.

Nəşrin mənbəsinin sözlərinə görə, bu, Ukrayna şəhərlərinin atəşə tutulmasına cavab olaraq baş verib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə