Meksikada silahlı qruplaşma üzvləri 14 nəfəri qaçırıb

Meksikada silahlı qruplaşma üzvləri 14 nəfəri qaçırıb

Meksikanın mərkəzində yerləşən Tekskaltitlan kəndində silahlı qruplaşma üzvləri 4-ü uşaq olmaqla, 14 nəfəri qaçırıb. SİA xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Bildirilib ki, bundan əvvəl - dekabrın 8-də kəndin fermerlərindən pul tələb edən silahlı qruplaşma üzvləri ilə baş verən toqquşma nəticəsində 14 silahlı öldürmüşdü.

Toqquşmada 14 silahlının fermerlər tərəfindən öldürülməsi və 14 nəfərin qaçırılması faktının simvolik məna daşıyıb-daşımadığı bilinmir.

Bütün xəbərlər Facebook səhifəmizdə