Argentina Prezidenti Xavyer Miley BRİKS üzvlərinə (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası) qrupa qoşulmaqdan imtina etdikləri barədə rəsmi məlumat verib. SİA xəbər verir ki, bu barədə TN telekanalı məlumat yayıb.
Prezident məktubunda Argentinanın BRİKS-də iştirak etməsi üçün münasib vaxt olmadığını bildirib.
Qeyd edək ki, Argentina BRİKS-ə üzvlük üçün 2023-cü ilin yayında, ölkənin sabiq prezidenti Alberto Fernandezin vaxtında müraciət edib. Seçkilərdə qalib gəldikdən sonra Xavyer Millay Argentinanın BRİKS-ə üzvlüyünə qarşı olduğunu açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB