HƏMAS Misirin üçmərhələli planını rədd edib

HƏMAS Misirin üçmərhələli planını rədd edib

Fələstinin HƏMAS hərəkatı Misirin Qəzza zolağında atəşkəs və Fələstin-İsrail münaqişəsinin həlli ilə bağlı üçmərhələli planını rədd edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrailin “Times of Israel” qəzeti Misir dövlət informasiya xidmətinin rəhbəri Diaa Rəşvana istinadən yazır.

“HƏMAS və Fələstin “İslami Cihad”ının bu planı rədd etdiklərii bildirilir”, - deyə nəşr bildirib.

Qeyd edək ki, bundan əvvəl Misir İsraillə Fələstinin HƏMAS qruplaşması arasında müharibəyə son qoymaq üçün üçmərhələli plan təklif edib. Plana atəşkəs, girovların azad edilməsi və Fələstin hökumətinin yaradılması daxil idi.

Bütün xəbərlər Facebook səhifəmizdə