Müvəqqəti işlər vəkili Polşa Xarici İşlər Nazirliyinin notasına cavab verib
Ruslar çığallıq edir..?

...Polşa Xarici İşlər Nazirliyi Ukraynadan onların ərazisinə uçan Rusiya raketi ilə bağlı heç bir sübut təqdim etməyib, departamentin notasında yalnız əsassız ittihamlar var.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiya Federasiyasının respublikadakı müvəqqəti işlər vəkili Andrey Ordaş bildirib.

O xatırladıb ki, bundan əvvəl Polşa Xarici İşlər Nazirliyi Rusiyanın manevr edən raketi kimi müəyyən edilən obyektin ölkənin hava məkanını pozduğunu elan edib.

...Mənə bu məsələ ilə bağlı əsassız ifadənin yer aldığı nota verilib.

Bunu deyən Ordaş qeyd edib ki, Polşa Xarici İşlər Nazirliyi onların ittihamlarına dair heç bir sübut təqdim etməyib.

Həmçinin Ordaşın sözlərinə görə, ona qeyddə olan məlumatların sənədləşdirilməsi tələbindən imtina edilib.

Bununla bağlı o vurğulayıb ki, Varşava konkret sənədləri təqdim etməyənə qədər Moskva insidentlə bağlı izahat verməyəcək.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə