...Rusiya prezidenti Vladimir Putinin beşinci müddətə yenidən seçilməsi rusların Yeni il arzularından olmayıb.
SİA-nın əldə etdiyi məlumata görə, bunu “Russian Field”in keçirdiyi sorğular da təsdiq edir.
Sorğu zamanı vətəndaşlara açıq sual verilib, yəni təklif olunan variantlardan seçim etməkdənsə, öz cavabını verməli olublar.
Bu təqribən belə səslənib: “...Qarşıdan gələn 2024-cü ildə ruslara nə arzu edərdiniz?”
Maraqlıdır ki, Putinin yenidən prezident seçilməsi ilə bağlı soruşulanların yalnız 2 faizi bunu yeni ildə öz həmvətənləri üçün arzulayacaqlarını bildirib.
Rəyi soruşulan rusların 50 faizi Ukraynada sülh və müharibəyə son qoyulmasını istəsələr də, 6 faiz rus xüsusi olaraq “qələbə” istədiklərini bildiriblər.
Təbii ki, rəyi soruşulan ruslar arasında sağlamlıq, çoxlu pul istəyənlər də olub.
Qeyd edək ki, artıq İosif Stalindən sonra Rusiyanın ən uzun ömür sürən hökmdarı olan Putin dekabrın 8-də keçmiş idmançılar, məmurlar və yaşlı sənətçilərdən ibarət Kremldə yığılmış “təşəbbüs qrupu”nun dəstəyini alaraq rəsmi olaraq “öz namizədliyini irəli sürən” namizəd olub.
O, artıq namizəd kimi qeydə alınması üçün sənədləri MSK-ya təqdim edib.
İki il yarım əvvəl konstitusiya islahatları ilə səlahiyyətlərini bərpa edən Putin ən azı 2030-cu ilə qədər hakimiyyətdə qalmaq niyyətindədir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB