Böyük Britaniya yüzlərlə hava hücumundan müdafiə raketini Ukraynaya təhvil verəcək.
SİA-nın əldə etdiyi məlumata görə, bunu ölkənin Müdafiə Nazirliyinin rəhbəri Qrant Şepps deyib.
...Biz Ukraynanın müdafiəsini dəstəkləməyə davam edirik. Beləliklə, bu gün biz Böyük Britaniyanın bağışladığı hava hücumundan müdafiə sistemləri arsenalını Rusiya pilotsuz təyyarə və raketlərini inanılmaz dəqiqliklə vura bilən yüzlərlə hava hücumundan müdafiə raketinini Kiyevə göndəririk.
Qeyd edək ki, müdafiə rəisi bunu sosial medianın X hesabında yazıb.
Bir daha xatırladaq ki, Rusiya ötən gecə və səhər Ukraynaya pilotsuz təyyarələr və raketlərlə növbəti kütləvi zərbə endirib. Lvov, Kiyev, Xarkov, Dnepr və Çerkassı, Sumi, Odessa vilayətlərində partlayışlar baş verib. Bəzi şəhərlər səhər saatlarında bir neçə dəfə hücuma məruz qalıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB