Ukrayna və daha 30 dövlət BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının keçirilməsi ilə bağlı müraciət edib. Əsas mövzu, təbii ki, Rusiyanın Ukraynaya qarşı kütləvi zərbəsi olmalıdır.
Qeyd edək ki, SİA bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kulebaya Tvitter hesabına istinadən xəbər verir.
...Ukrayna BMT-nin 30 üzvü ilə birlikdə Rusiyanın raket və dron hücumu ilə bağlı BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının çağırılması xahişi ilə Ekvador sədrliyinə müraciət edib. Bildirilir ki, Rusiyanın Ukraynaya qarşı kütləvi zərbəsi çoxlu sayda mülki əhali və infrastrukturun məhvinə gətirib çıxarıb.
Bunu Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib.
Xatırladaq ki, bu gün, dekabrın 29-da rus işğalçıları Ukraynaya genişmiqyaslı işğalın başlanğıcından bəri ən kütləvi hücumlarını həyata keçiblər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB