Bayden: “Putin dayandırılmalıdır...”

ABŞ prezidenti Rusiyanın Ukraynaya raket hücumuna cavab verib
Bayden: “Putin dayandırılmalıdır...”

Rusiyanın kütləvi zərbəsi Vladimir Putinin Ukraynanı məhv etmək istədiyinin bariz nümunəsidir. Onu dayandırmaq lazımdır.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Amerika Birləşmiş Ştatlarının prezidenti Cozef Bayden bildirib.

...Amerika lideri xatırladıb ki, ötən gün, dekabrın 29-da Rusiya Ukraynanın doğum evinə, ticarət mərkəzinə və yaşayış məntəqələrinə zərbələr endirib, nəticədə dinc sakinlər həlak olub, onlarla yaralı var.

...Bu, demək olar ki, iki il davam edən dağıdıcı müharibədən sonra Putinin məqsədinin dəyişməz qaldığını dünyaya açıq şəkildə xatırladır. O, Ukraynanı məhv etmək, xalqını əsarət altına almaq istəyir. Buna son qoyulmalıdır.

ABŞ prezidenti vurğulayıb bunu.

Qeyd edək ki, Bayden, ABŞ Konqresinin Ukraynaya yeni yardımın maliyyələşdirilməsini təsdiqləməyəcəyi təqdirdə, ölkəsinin ukraynalı mülki şəxslərin müdafiəsi üçün lazım olan silah və mühüm hava hücumundan müdafiə sistemlərinin göndərə bilməyəcəyini də etiraf edib.

ABŞ prezidentinin fikrincə, “...Konqres irəli addım atmalı və gecikmədən hərəkət etməlidir”.

...Bu mübarizədə paylar Ukraynanın hüdudlarından çox-çox kənara çıxır. Belə ki, onlar bütün Şimali Atlantika Alyansına təsir göstərirlər. Ona görə də biz müttəfiq və tərəfdaşlarımızı ruhdan sala bilmərik. Biz Ukraynanı aşağı sala bilmərik. Azadlıq çağırışına cavab verməyənləri tarix sərt şəkildə mühakimə edəcək.

Bunu da ABŞ prezidenti bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə