Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyaya yumurta tədarükü barədə göstəriş verib.
SİA-nın əldə etdiyi məlumata görə, bununla bağlı video “Pul First” Telegram kanalı tərəfindən yayımlanıb.
Deyilənlərə görə, Belarus lideri Minskdə quşçuluq ferması mağazasına baş çəkib. Şirkətdə kifayət qədər toyuq və yumurta olub-olmadığını soruşub. Ona müsbət cavab verdilər.
Quşçuluq fermasının nümayəndəsi deyib ki, şirkət Rusiyaya yumurta tədarük edir, lakin “bu, onlar üçün kifayət deyil”.
Rusiya Baş nazirinin müavini Viktoriya Abramçenko RİA Novosti agentliyinə müsahibəsində Rusiya Federasiyasında yumurta qıtlığının olmayacağını vəd edib.
Onun sözlərinə görə, qiymətlər Yeni ildən sonra sabitləşəcək.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB